
Mayın 28-dən iyunun 1-dək 12 ölkənin gənc istedadları Klimoviçidə (Belarus) keçiriləcək “Zolotaya pçyolka” XIV Beynəlxalq uşaq yaradıcılığı festivalında iştirak edəcəklər.
Bu festivala təqribən 30 nümayəndə heyəti – cəmi 700 nəfərdən çox iştirakçı gələcəkdir. İlk dəfə olaraq foruma Özbəkistandan və Türkmənistandan qonaqlar gələcəklər. Festivalda Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Ukrayna və Finlandiyadan olan nümayəndələrin iştirakı gözlənilir.
Tədbir Qonaqpərvərlik İli devizi altında və Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi bayramı dövründə keçirilir. Onun proqramı ən müxtəlif musiqi və mədəniyyət proqramları, müsabiqə layihələri ilə zəngindir.
Tədbirin qonaqlarını uşaqlar üçün əmtəə və qida məhsulları istehsal edən Belarus müəssisələrinin məhsullarının geniş satış-sərgisi gözləyir.
Musiqi bayramının sonunda, iyunun 1-də festival laureatlarının mükafatlandırılması mərasimi və böyük yekun konserti olacaqdır. “Ziolotaya pçyolka” festivalı Klimoviçi rayonunda 1996-cı ildən keçirilir. 2001-ci ildə müsabiqə beynəlxalq status almışdır.
26.05.2014