Xəbərlər

Bakı Uşaq Teatrının yeni tamaşası - “Günahsız günahkarlar”

21.05.2014. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Uşaq Teatrının yeni tamaşasının premyerası olub. “Günahsız günahkarlar” adlanan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. 
 
Tamaşa müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr edilib və maarifləndirici xarakter daşıyır.  Səhnə əsəri gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. 
 
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa ediblər.