Xəbərlər

“Cahan” uşaq rəqs qrupu təntənəli konsert proqramı ilə çıxış edib

08.04.2014. “Cahan” uşaq rəqs qrupu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təntənəli konsert proqramı ilə çıxış edib. Bu konsertdə rəqs qrupunun 7 illik uğurlu fəaliyyətinin yekunu əks olunub. 
 
Konsertdə 5 yaşdan 14 yaşadək uşaqlar “Şən rəqs”, “Azərbaycan maralı”, “Vals” və digər bu kimi milli və dünya rəqs nümunələrini təqdim ediblər. Balaca rəqqasların çıxışları alqışlarla qarşılanıb.
 
Müxtəlif yaş təbəqələrindən ibarət uşaq rəqs qrupu fəaliyyət göstərdiyi 7 il ərzində Türkiyənin bir çox şəhərlərində və İran İslam Respublikasında keçirilən uşaq festivallarında ölkəmizi müvəffəqiyyətlə təmsil edərək müxtəlif diplom və mükafatlara layiq görülüb.