
17.10.2014. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qırmızı papaq” tamaşanın premyerası olub. Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edən tamaşa, gözəl səhnə tərtibatı və artistlərin ifası uşaqların çox xoşuna gəlib.
Dramaturq Yevgeni Şvartsın “Qırmızı papaq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Bəhram Osmanov, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərini rus dilindən tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Novruz bayramı ərəfəsində nümayiş olunan tamaşada əməkdar artist Almaz Mustafayeva, aktyorlar Hüsniyyə Əhmədova, Günel Məmmədova, Zülfiyyə Alhüseynova və başqaları iştirak ediblər.
Tamaşa martın 25-dək nümayiş etdiriləcək.
17.03.2014