
27.02.2014. Martın 18-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında konsert verəcək. Konsertdə filarmoniyanın uşaq-gənclər xalq çalğı alətləri orkestri çıxış edəcək. Proqramda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəciklər, bəstəkar mahnıları, uşaqların solo çıxışları nəzərdə tutulur.
27.02.2014