Xəbərlər

Uşaqlar üçün Novruz şənlikləri

14.02.2014. Martın 22-23-də Heydər Əliyev Sarayında uşaqlar üçün Novruz şənliyi keçiriləcək.  Şənlikdə Əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə “Baharın nağılı” adlı yeni və maraqlı bayram proqramı təqdim olunacaq. 
 
Novruzun sevilən personajları Bahar qız, Kosa və Keçəlin iştirak edəcəkləri musiqili tamaşada uşaqları bir çox başqa surprizlər də gözləyir. Saat 12:00 –da başlayacaq şənliyin biletlərini şəhərin kassalarından əldə etmək olar. 
 
Heydər Əliyev Sarayı uşaqları əsl bahar bayramı sevinci yaşamağa dəvət edir.