
Fevralın 14-də F.Köçərli adına Uşaq Kitabxanasında Litvanın dövlət müstəqilliyi gününə həsr olunan “Kitabxana: nağıl qəhrəmanlarının görüş yeri” mövzusunda tədbir keçiriləcək.
Tədbirdə nağıl qəhrəmanlarımızdan olan Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz Litva xalqının nağıl qəhrəmanları - Kastitis, Yurate, Eqle ilə görüşəcəklər.
Bakının 7 nömrəli məktəbinin VII sinif şagirdlərinin iştirakı ilə baş tutacaq tədbir çox maraqlı keçəcək. İştirakçılar slaydlara baxacaq, milli geyimdə olan uşaqlar Litva folklorundan tapmacalar söyləyəcək, nağıllardan səhnəciklər göstərəcəklər.
Tədbir çərçivəsində Litvanın adət-ənənələrindən, mədəniyyətindən bəhs edən uşaq kitablarının sərgisi də nümayiş olunacaq. Tədbir saat 12:00-da başlanacaq.
12.02.2014