
12.02.2014. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında gənc və istedadlı rəssam Ayan Abbasovanın ilk fərdi sərgisi keçirildi. Sərgidə 50-yə yaxın əl işi nümayiş olundu.
İstedadlı rəssam Ayan Abbasovanın əsərləri bənzərsizliyi ilə seçilir. O, həyatın mənasını, görüb-duyduğu dünyası məhəbbətlə əks etdirir.
Gənc rəssamın sərgidə nümayiş olunan “Buta”, “Tovuzquşu”, “Bayraq Meydanı”, “Qış gecəsi”, “Musiqili buta”, “Çay dəsgahı”, “20 Yanvar” və onlarla digər əl işi müxtəlif rəngli parça və qaşlarla işlənib.
Əsərlərin hər biri ayrı-ayrılıqda Ayan Abbasovanın zəngin yaradıcılıq dünyasından xəbər verir.
12.02.2014