Səkkiz yaşlı kürdəmirli şahmatçı həmyaşıdları arasında birinci olub
29.01.2014. Şəmkirdə 16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında 8 yaşlı Kürdəmir şahmatçısı Fərhad Məmmədov yüksək nəticə əldə edib. O, 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə 8 xal toplayaraq həmyaşıdları arasında birinci yeri tutub.