“Maşa və Ayının Novruz sərgüzəştləri” Opera və Balet Teatrının səhnəsində
Martın 18-dən 23-nə kimi Opera və Balet Teatrında bayram şousu və “Maşa və Ayının Novruz sərgüzəştləri” tamaşasının yeni bölümünün premyerası olacaq. Maşa və Ayı balaca tamaşaçıları bu dəfə bayram macəraları ilə təəccübləndirəcək. Azərbaycan və rus dillərində göstəriləcək tamaşalar saat 12:00, 15:00 və 17:00-də başlayacaqdır.