
13.01.2014. “Şəngülüm, Şüngülüm, Məngülüm” xalq nağılının motivləri əsasında Hilal Həsənovun qələmə aldığı
“Üç keçi balası və canavar” əsəri Yusif Abdurahmanovun rejissorluğu ilə səhnələşdirilir.
Tamaşanın rəssamı Əmrah Məmmədovdur. Əsas rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova və başqaları ifa edirlər. Fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan digər tamaşanın quruluşçu rejissoru isə paytaxtdan dəvət olunmuş Elşad Rəhimzadədir.
Hər iki tamaşa birinci yarım ilin sonunda balacalara təqdim olunacaq. Teatrın yaradıcı kollektivi repertuarda olan tamaşalarla cari ildə qonşu rayonlara qastrol səfərlərinə çıxmağı da planlaşdırır.
13.01.2014