
Yanvarın 3-də və 4-də Heydər Əliyev Sarayında Ukrayna kukla teatrının aktyorlarının, Şaxta baba və Qar qızın iştirakı ilə bənzərsiz yeni il tamaşası təqdim ediləcək.
“Şaxta Baba axtarışında” adlı tamaşada uşaqlar sevimli nağıl qəhrəmanları ilə birgə yeni il axtarışına çıxacaq, tamaşaçı salonunda yağan qarın şahidi olacaqlar.
Əlbəttə ki, Şaxta baba və Qar qız da öz yerində. Tamaşada həmçinin Maşa, Ayı, Şrek, Madaqaskar qəhrəmanları iştirak edəcəklər. İnteraktiv tamaşa, sevimli qəhrəmanlar və əla musiqi uşaqları bütün tədbir boyu müşayiət edəcək.
23.12.2013