Xəbərlər

Heydər Əliyev Sarayında yeni il şənlikləri keçiriləcək

Dekabrın 27-dən 30-dək Heydər Əliyev Sarayında uşaqlar üçün yeni il şənlikləri keçiriləcək. Yeni il şənliyində uşaqların əyləncəsinə rəng qatacaq bir-birindən maraqlı rəqslər, musiqi və sürprizlər nümayiş olunacaq.

Şaxta baba və Qar qız da uşaqları təbrik edənlər sırasında olacaq.

Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin uşaqları və uşaq evlərinin sakinləri üçün təmənnasız yerlər ayırıb. Biletlər artıq satışdadır.