Kukla teatrında yeni il tamaşası hazırlanır
14.12.2013. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi yeni il tamaşası hazırlayır. Dekabrın 27-dən yanvarın 5-dək nümayiş olunacaq tamaşa “Cırtdanın Yeni il sərgüzəştləri” adlanır. Tamaşada yeni ilin gəlişinə mane olmaq istəyən Divə qarşı mübarizə aparan ağıllı Cırtdanın maraqlı sərgüzəştlərindən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Qurban Məsimovdur.