Xəbərlər

Bakı Dövlət Sirki məktəblilərin qış tətili günlərində “Sehrli qış 2” tamaşasını təqdim edəcək

14.12.2013. Dekabrın 27-dən başlayaraq Bakı Dövlət Sirki Yeni il proqramı -  “Sehrli qış 2”  tamaşasını təqdim edəcək. Təxminən iki saatlıq proqrama Rusiya Federasiyası, Ukrayna və İspaniyadan dəvət olunmuş sirk ustalarının çıxışları daxildir.
 
Yanvarın ortalarınadək nümayiş olunacaq tamaşada əhliləşdirilmiş heyvanlarla çox maraqlı nömrələr var.  Tamaşa bayram və tətil günlərində fasiləsiz olaraq hər gün 2-3 dəfə göstəriləcək.