Xəbərlər

Rus dram teatrı uşaqlar üçün tamaşalar göstərəcək

02.12.2013. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi ənənəsinə sadiq qalaraq dekabr ayında da uşaqlara bir sıra tamaşalar təqdim edəcək. Teatrın dekabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 
 
7 dekabr – “Durnabalığının buyruğu ilə”
8 dekabr - “Maşa və Ayı” 
14 dekabr - “Güləbətin tikən qız və süpürgəçi”
15 dekabr - “Nağılı tap!-1”
21 dekabr - “Nağılı tap!-2”
22 dekabr - “Maşa və Ayı”
25 dekabr – 6 yanvar - “Bob Spanç və onun dostlarının yeni il macəraları” 
 
Tamaşalar saat 12-də başlayır.