Xəbərlər

İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyevin uşaqlar ilə görüşü olub

30.11.2013. İkiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev Milli Paralimpiya Komitəsində Heydər Əliyev adına liseyin şagirdləri və Uşaq Paralimpiya Komitəsinin üzvləri ilə görüşüb. 
 
Görüşdə İlham Zəkiyev uşaqları maraqlandıran sualları cavablandırıb, onlara ölkəmizdə idmana və bədən tərbiyəsinə olan dövlət qayğısı və yeni yaradılmış Uşaq Paralimpiya hərəkatı barədə məlumat verib. İlham Zəkiyev keçdiyi həyat yolunu əks etdirən fotoşəkilləri və qazandığı  mükafatları uşaqlara göstərərək, öz xatirələrini danışıb.