Azərbaycan təmsilçisi “Junior Eurovision 2013” mahnı müsabiqəsi çərçivəsində ilk məşqini edib
Azərbaycan təmsilçisi Rüstəm Kərimov “Junior Eurovision-2013” mahnı müsabiqəsi çərçivəsində səhnədə ilk məşqini edib. On yaşlı Rüstəm Kərimov Kiyevdə keçirilən müsabiqədə “Mən və mənim gitaram” mahnısını oxuyacaq. Mahnının müəllifi Dmitri Saratskidir. Noyabrın 30-da keçiriləcək finalda təmsilçimiz səhnəyə ikinci çıxacaq. “Yaradıcı ol” (“Be Creative”) devizi ilə keçirilən builki müsabiqədə 12 ölkə iştirak edir.