Xəbərlər

Qax Dövlət Kukla Teatrı yeni tamaşalar hazırlayır

26.11.2013. Qax Dövlət Kukla Teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb. Osman Abdullayevin “Xoruzun hikkəsi” nağıl-hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru İsako Zeynalaşvilidir.  “Güllü və Güloğlan” Orta Asiya xalq nağılı əsasında səhnələşdirilən digər tamaşaya isə Yusif Abdurahmanov quruluş verir.  Hər iki tamaşa dekabrın ikinci yarısında balaca tamaşaçılara təqdim olunacaq.