Gəncə Dövlət Kukla Teatrı yeni tamaşalar hazırlayır
Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi yaxın vaxtlarda balacalara yeni tamaşalar təqdim edəcək. Bunlar Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” və yazıçı Məmməd Alimin “Noxudu keçəl” tamaşalarıdır. Xudayət Əsgərovun rejissorluğu ilə hazırlanan hər iki tamaşada əsas rolları Nağəddin Məmmədov, Elman Vəliyev və Səməd Xanəhmədov ifa edirlər.