Tatarıstanın “Ekiyat” kukla teatrının təqdim etdiyi tamaşa maraqla qarşılanmışdır
14.11.2013. Noyabrın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı çərçivəsində Tatarıstanın “Ekiyat” Tatar Dövlət Kukla Teatrı “Keçi və qoyun” tamaşasını nümayiş etdirmişdir.