Xəbərlər

“Çəkməli pişik” Opera və Balet teatrının səhnəsində

13.11.2013. Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Leonid Vaynşteynin “Çəkməli pişik” operası nümayiş etdiriləcək. İki pərdəli operanın librettosunun müəllifi bəstəkarın özüdür.
 
Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, dirijor Xalq Artisti Cavanşir Cəfərovdur. 
 
Əsas rolları əməkdar artist Fəridə Məmmədova (Çəkməli pişik), Anton Ferştandt (Sehrbaz), Tural Ağasiyev (Şahzadə oğlan), əməkdar artist Natəvan Növrəsli (Şahzadə qız) ifa edəcəklər.