Xəbərlər

Almaniya günləri çərçivəsində “Musiqili səyahət” adlı konsert təqdim olunub

Bakıda keçirilən Almaniya günləri çərçivəsində “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində SLZ Alman Dili Tədrisi Mərkəzi tərəfindən “Musiqili səyahət” adlı konsert təqdim edilib.
 
Konsertdə tədris mərkəzində təhsil alan tələbələrlə yanaşı, uşaqlar da iştirak ediblər. Alman bəstəkarlarının əsərləri səslənən konsert balacaların çıxışı ilə başlanıb. 
 
Noyabrın 13-də isə Almaniya günləri çərçivəsində “Kapellhaus”da PASCH məktəblərinin “Hit parad”ı keçiriləcək.