
08.11.2013. Noyabrın 8-də Muzey Mərkəzində “Kukla” art qalereyasının saytı www.artkukla.az təqdim edildi. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sayta “Qalereya”, “Müəlliflər”, “Ekspozisiya”, “Xəbərlər”, “Mətbuat”, “Əlaqə” bölmələri daxildir.
Saytı facebook və youtube sosial şəbəkələrində də izləmək mümkündür. Azərbaycanda və Cənubi Qafqazda ilk “Kukla” incəsənət qalereyası 2013-cü il aprelin 23-də açılıb.
“Kukla” art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin sakinləri və qonaqları üçün maraqlı və cazibədar məkana çevrilməkdədir.
Qalereya Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 14 ünvanında yerləşir.
Saytın təqdimatından sonra Kukla Müəllifləri Beynəlxalq Birliyinin prezidenti Svetlana Pçelnikova tədbir iştirakçılarına kukla art sənəti üzrə ustad dərsi keçib.
08.11.2013