Xəbərlər

“Koza dereza” tamaşası təqdim ediləcək

28.10.2013. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda M.Suponinin “Koza dereza” tamaşasını təqdim edəcək.

Tamaşa noyabrın 22-dən 24-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində göstəriləcək.

Tamaşanın rejissoru Rusiya Federasiyasının əməkdar artisti Sergey Taraskin, teatrın bədii rəhbəri Rusiya Federasiyasının Xalq Artisti Yuri Koçetkovdur.