Xəbərlər

Azərbaycanın 15 yaşadək qızlardan ibarət komandası İsrail yığmasında qalib gəlmişdir

17.10.2013. Azərbaycanın 15 yaşadək qızlardan ibarət milli futbol komandası İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahının ərazisində yerləşən stadionda, 2014-cü ildə keçiriləcək Yeniyetmələr arasında Olimpiya Oyunlarının seçmə turnirində İsrail komandası ilə qarşılaşıb.
 
Yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Nərmin İsmayılova və Gültac Məmmədəliyeva vurublar. Mini-turnirin qalibi Yeniyetmələr arasında Olimpiya Oyunlarına vəsiqə qazanacaqdır.