Xəbərlər

“Tıq-tıq xanım” Pantomima teatrının səhnəsində

17.10.2013. Abdulla Şaiqin “Tıq-tıq xanım” əsərini,  şübhəsiz ki,  hamınız tanıyırsınız. Oktyabrın 20-də Azərbaycan Dövlət Pantomima Teatrında bu nağıl əsasında “Tıq-tıq xanım” tamaşası göstəriləcəkdir.
 
Küsəyən, lovğa Tıq-tıq xanım nə zəhmətkeş çobanı, nə də tülkünü bəyənir. Müəyyən şərtlərlə Siçan bəylə dostluq etməyə razılıq versə də, dostluğu uzun sürmür. Lovğalığı, küsəyənliyi onu uçuruma aparır. Əsərdən çıxan nəticə belədir: yersiz küsəyənlik, lovğalıq insana zərər vurur. 
 
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nargilə Qəribova, rəssamı Sənubər Səmədovadır. Tamaşanın plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı teatrın direktoru, Əməkdar artist Elman Rəfiyevdir.