Xəbərlər

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə üç medal qazanıblar

09.10.2013. Oktyabrın 9-da Monteneqronun Budva şəhərində keçirilmiş 8-18 yaşlı yeniyetmələr arasında 23-cü Avropa Çempionatı başa çatıb. Çempionatda 35-ə yaxın ölkədən 1000-dən artıq yeniyetmə şahmatçı yarışıb. Bu turnirdə ölkəmizi 28 şahmatçı təmsil edib. 
 
Aydın Süleymanlı 8 yaşlı şahmatçılar arasında, Günay Məmmədzadə isə 14 yaşlı qızlar arasında çempionatın qalibi olublar.
 
Digər şahmatçımız Sənan Əliyev (U-8) turnirin üçüncü pilləsində qərarlaşıb. Şahmatçılarımız çempionatda komanda üzrə ikinci yeri tutublar. Çempionat İsveçrə sistemi üzrə keçirilib.