Xəbərlər

On beş yaşadək futbolçu qızlarımız İsveçrədə ilk rəsmi oyunlarını keçirəcəklər

Oktyabrın 14-16-dək İsveçrənin Nyon şəhərində yeniyetmələr arasında olimpiya oyunlarının seçmə  mərhələsi çərçivəsində futbol turniri keçiriləcək.
 
 
Azərbaycanın 15 yaşadək futbolçu qızlardan ibarət milli komandası ilk matçda İsrail yığması ilə qarşılaşacaq. Bu qrupda Avropa zonasından dörd ölkənin komandası mübarizə aparacaq və turnirin qalibi olimpiya oyunlarına vəsiqə qazanacaq.
 
 
Qeyd edək ki, komandalar UEFA tərəfindən “Fair-Play” reytinqinə görə seçilib. Bu, Azərbaycanın üç ay əvvəl yaradılmış U-15 qızlar komandasının ilk rəsmi oyunları olacaq.