Ulduzlar niyə sayrışır
Gecə vaxtı göy üzündə gördüyümüz ulduzların bir çoxu günəşdən də böyükdür. Amma o qədər uzaqdadırlar ki, nöqtə boyda görünürlər.
Planetlərin ulduzlardan fərqi, günəş sistemi içində bizimlə bərabər günəşin ətrafında dövr etmələridir. Bu səbəbdən çox uzaq olan ulduzlar göy üzündə “sabit” şəkildə görünür, planetlər isə öz oxu ətrafında yerlərini dəyişirlər. Bu planetlər günəşə yaxınlıq sırası ilə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və Plutondur. Günəş sistemində belə məsafələr o qədər böyükdür ki, Yerə səkkiz dəqiqədə çatan günəş işığı, Neptuna dörd saata çatır. Günəş sistemində olmalarına rəğmən Neptunu və Plutonu teleskopsuz Yerdən görmək mümkün deyil. Neptun Günəşdən o qədər uzaqdır ki, bu planetdən baxıldığı zaman Günəşin görünüşü parlaq bir ulduzdan fərqlənmir. Günəş işıqlarının Yerə çatması üçün səkkiz dəqiqə sərf etdiyi bu yolu, saatda min kilometr sürətlə gedən müasir bir təyyarə yalnız təxminən 17 ilə gedə bilər. Günəş sisteminin xaricindəki məsafələr isə tamamilə başqa cürdür.
Ulduzların göz vururmuş kimi işıqlarını “yandırıb-söndürməsi”nin səbəbi də çox uzaqda olmalarıdır və atmosferimizdir. Həmçinin bu, Yer üzündə havanın vəziyyətindən də asılıdır. Ulduzların zəif işıqları soyuq hava dalğası içində qırılır. Bu səbəbdən də bəzən gözümüzə tam olaraq görünməzlər və ya kəsik-kəsik görünürlər.