Nağıllar, hekayələr

İlyas Rəsulov. "Dörd dostun meşədə sərgüzəştləri"

Fuadla Saday 6-cı, Raufla Asif isə 5-ci sinifdə oxuyurlar. Onlar həm qonşu, həm də dostdurlar. Bir gün uşaqlar qərara gəldilər ki, meşəyə böyürtkən yığmağa getsinlər. Onlar səhər tezdən yola çıxdılar. Birdən yağış yağmağa başladı. Meşədə xeyli dolaşdıqları üçün yolu itirdilər və evə qayıda bilmədilər. 


Rauf dedi:
- Uşaqlar, yadınızdadır, bizə danışmışdılar ki, bir neçə il bundan əvvəl güclü sel özü ilə yekə qayalar gətirmişdi və həmin qayalar üst-üstə olduğundan ot basıb təpəyə bənzəmişdi. Bu təpədə hətta oyuq da yaranmışdı. Gəlin, həmin oyuqda gizlənək. 


Uşaqlar onunla razılaşdılar.
Fuad dedi:
- Sən deyən təpə bizdən 20-25 metr aralıdadır. Tez çatacayıq. 


Onlar tez oyuqda gizləndilər. Yağış kəsildi. Uşaqlar oyuqdan çıxdılar və çaya doğru yol aldılar. Onlar çaya çatdıqdan sonra gördülər ki, çaya bərk sel gəlir. Uşaqlar məyus oldular, çunki çayı keçmək mümkün deyildi. Birdən Fuadın ağlına bir fikir gəldi: 
- Uşaqlar, gəlin çayın kənarındakı o quru ağacı kəsək. Beləcə biz ağacdan körpü kimi o biri tərəfə keçəcəyik. 
Asif dedi: 
- 5-6-cı sinifə gedən uşaq ağacı necə kəsəcək? 
Saday cavab Verdi: 
- Növbə ilə kəsərik. 
Uşaqlar razılaşdılar. İlk olaraq Fuad ağacı kəsməyə cəhd etdi və biraz yarıq açdı. Sonra Rauf və Asif də cəhd etdilər. Beləcə ağacı itələyib aşırmaq qalırdı ki, bunu da onlar birlikdə etdilər. Bundan sonra uşaqlar çayı keçib yollarına davam etdilər. Biraz getmişdilər ki, uzun bir yarığa rast gəldilər. Yarığın dərinliyi təxminən 2-3 metr olardı. 


Asif dedi:
- Vəssalam! Artıq yolumuz kəsildi.
Fuad dedi: 
- Hələ yox. Mənim daha bir fikrim var. Mən içimizdə ən hündür boyluyam. Mənim boyum 1 metr 53 sm-dir. Mən yarığın içinə girəcəyəm. Siz də mənə kənardakı iri daşlardan verəcəksiniz. Mən də həmin daşları yarığın sag və sol tərəflərinə bərkidəcəyəm. Siz də ayaqlarınızı həmin daşlara qoyaraq yarıqdan keçəcəksiniz. 


Uşaqlar onunla razılaşdılar. İş tamamlandıqdan sonra Fuad uşaqlara kömək etdi və onlar keçdikdən sonra Fuad yarıqdan çıxaraq birlikdə yola davam etdilər. Bir ağaclıq ərazidə onlar torpaqda mağara kimi qazılmış yuvaya rast gəldilər. Fuad yuvanı nəzərdən keçirdi. Orada heç nə yox idi. Uşaqların yanına gəlib dedi: 
- Uşaqlar, bu, ayı yuvasıdır. Çünki yuvanın astanasında ayı pəncələrinin izləri var. 
Asif dedi: 
- Məncə, biz buradan uzaqlaşsaq yaxşı olar. 


Onlar yollarına davam etdilər. Elə bir qədər getmişdilər ki, qarşıdan heyvan iniltisi eşitdilər. 
Saday diqqətlə baxıb dedi: 
- Bu deyəsən ayı balasıdır. 


Onlar bir qədər də yaxına gəldikdə balanın iki quru ağac budaqlarının arasında sıxışıb qaldığını gördülər. Dostlar ayı balasını tez azad etməyə başladılar. Rauf ilə Saday ehtiyatla ayı balasını tutdular, Fuad ilə Asif isə budaqları sındıraraq onu tələdən çıxardılar. 


Rauf dedi: 
- Uşaqlar, ayı balası çox kiçikdir, yuvasını özü tapa bilməyəcək. Gəlin onu aparaq həmin yuvada qoyaq ki, anası onu tez tapsın. Yoxsa o burada acından ölə bilər. 


Dostlar elə də etdilər və balanı yuvaya qoyub evə doğru irəlilədilər. Evə qayıdanda gördülər ki, valideyinləri və kənd ağsaqqalı Akif dayı onları gözləyir. Uşaqlar başlarına gələn əhvalatı danışdılar. Valideynləri inanmaq istəməsə də Akif dayı onların sözlərini təsdiqlədi: 
- Uşaqlar düz deyir. Çayın və təpənin olmasını onlara biz danışmışıq. Çaydan sonrakı yarığı və meşədəki ayını isə mən çoxdan bilirdim. Uşaqlar, siz isə dostluğun və gücün bir olduğunu subut etdiniz. 

Müəllif: İlyas Rəsulov, Şəki rayonu Orta Zəyzid kəndi, 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi.