Xəbərlər

Sosial şəbəkələrdə yeni moda meylləri: “Mən atam kimi dəblə geyinmək istəyirəm”

İnstagramda yeni dəb nümayişçisi peyda olmuşdur. O, məşhur markaların paltarlarını geyinib aviator eynəklərini taxaraq çəkdiyi şəkilləri bu sosial şəbəkədə yerləşdirir. Ən maraqlısı isə odur ki, moda aləminin bu yeni nümayəndəsinin cəmi beş yaşı var. 


Alonso Mateo valideynləri ilə birlikdə ABŞ-da yaşayır. Onun anası “Harper’s Bazaar Mexico və Latin America” jurnalında stilist olaraq fəaliyyət göstərir. Öz oğlunun şəkillərini ilk dəfə İnstagrama məhz o yerləşdirmişdir. Elə bundan sonra da beş yaşlı balacanın səhifəsində 127 000 istifadəçi qeydiyyatdan keçmişdir. Onun atası isə sahibkardır.


Valideynlərinin peşəsi bu balacanın sosial fenomenə çevrilməsinə kömək etmişdir. Anası geyim  seçimində ona kömək edir, uşaq isə atasının geyim stilindən qürur duyur. Uşaq belə deyir: “Mən atam kimi dəblə geyinmək istəyirəm”.


Alonsonun anası deyir: “Oğlum geyimini özü seçir. O, bundan həzz alır. Bundan başqa o həm də şəkil çəkdirməyi xoşlayır”.