“Yeni uşaq mahnıları – 2013” ümumrespublika müsabiqəsi yekunlaşmaq üzrədir
28.09.2013. Əziz dostlar! “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin bu ilin yayından başladığı “Yeni uşaq mahnıları – 2013” ümumrespublika müsabiqəsinə mahnıların qəbulu sentyabrın 30-da sona çatır.
Mərkəzin direktoru İradə Yaqubovanın sözlərinə görə, oktyabrın 15-də münsiflər heyəti toplaşacaq və həmin mahnılar dinləniləcək. Oktyabrın sonunadək dinləmə davam edəcək. Onların içindən ən yaxşı on mahnı seçiləcək.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil ediləcək qala-konsertdə ən yaxşı mahnıların səsləndirilməsi nəzərdə tutulub. Müsabiqənin nəticələri və qala-konsertin vaxtı barədə əlavə məlumatı verəcəyik.
28.09.2013