Elektron təbəssümün ad günü
Sentyabrın 19-da “Smaylik”-ın Ad günüdür. Сalend.ru xəbər verir ki, “smaylik” işarəsini ilk dəfə 1982-ci il sentyabrın 19-da Karneqi Mellon Universitetinin professoru amerikalı Skott Falman icad edib. Məhz Falman ilk dəfə olaraq kompyuterdə yazılan mətnlər üçün ard-arda yazılan - iki nöqtə, defis və mötərizədən ibarət üç simvol təklif edib ki, bu da “gülümsəyən sima” anlamına gəlir.
Falman özü ixtirasını belə işarələmişdi: «19-Sep-82». Və bu tarix bizim elektron poçtumuza təbəssümün ad günü kimi qeyd olunur.
Onu da qeyd etmək lazımdır ki, ilk dəfə istifadə olunan “smaylik” arxivdə saxlanılan elan lentlərindən Microsoft araşdırmacı tərəfindən 2002- ci ildə tapılmışdı. Yarandığı 30 ildən artıq bir müddətdə “Smaylik” elektron ünsiyyətin vacib atributlarından birinə çevrilib və çat da və elektron poçt ilə yazışmalarda çatışmayan üz ifadələrini, səs tonunu və mimikaları əvəzləyir. “Smaylik” həmsöhbətinizi daha yaxşı anlamağa, onun əhval-ruhiyyəsini təsəvvür etməyə imkan yaradır və nəhayət, sadəcə, təbəssüm və müsbət emosiya doğurur.
19.09.2013