Xəbərlər

Türkiyədə şahmat üzrə 20 yaşadək yeniyetmələr arasında dünya çempionatı keçirilir

Türkiyənin Kocaeli şəhərində 20 yaşadək yeniyetmələr arasında dünya çempionatı keçirilir. İsveçrə  sistemi  üzrə  keçirilən və 13 turdan ibarət olan çempionatda 40-dan çox ölkədən 194 şahmatçı iştirak edir.

 

Turnirdə ölkəmizi 20 yaşadək Azərbaycan çempionları  Murad Nuri və Səbinə İbrahimova təmsil edirlər. Hər iki təmsilçimiz turnirə qələbə ilə başlayıb. Növbəti turda M.Nuri Çin şahmatçısı Bai Jinshi, Səbinə İbrahimova isə Vang Yue ilə görüşəcəklər.