Xəbərlər

Milli Dram Teatrı uşaqlar üçün də tamaşalar hazırlayıb

12.09.2013. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi yeni – 141-ci teatr mövsümündə uşaqları da unutmayıb. Sentyabrın 22-də və 29-da teatrın gündüz seansında Abdulla Şaiqin “Danışan gəlincik”,  28-də isə “Qaraca qız” tamaşaları göstəriləcək. Səhnə əsərləri uşaqlarda dostluğu qorumaq, sədaqətli, ürəyi açıq olmaq kimi hissləri aşılayır. Hər iki tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.