Xəbərlər

Uşaqları kukla teatrında maraqlı tamaşalar gözləyir

10.09.2013. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sentyabr repertuarı maraqlı tamaşalarla zəngindir. Sentyabrın 13-də Ə.Abbasovun “Şəngülüm, Şüngülüm”, Ş.Perronun “Göy Saqqal” tamaşaları nümayiş etdiriləcək. Ayın 14-də balacalar Ə.Orucun “Zınqırovlu pişik” və H.X.Andersenin “Nağıl haqqında nağıl”, 15-də isə M.Seyidzadənin “Cırtdan”, T.Ağayevin “Qoçaq Əhməd” tamaşalarına baxa bilərlər.

 

Milli Musiqi Günündə - sentyabrın 18-də isə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri təqdim olunacaq. Sentyabrın 20-də K.Ağayevanın “Göyçək Fatma”, T.Ağayevin “Qoçaq Əhməd”, sentyabrın 21-də K.Kollodinin “Pinokkionun sərgüzəştləri”, sentyabrın 22-də isə A.Lindqrenin “Karlson” tamaşaları göstəriləcək.

 

Teatrın kollektivi balaca tamaşaçılarına sentyabrın 27-də E.Baxışın “Məlikməmməd”, H.X.Andersenin “Nağıl haqqında nağıl”, sentyabrın 28-də C.Rodarinin “Çipollino”, Ş.Perronun “Göy Saqqal”, sentyabrın 29-da isə N.Kazımovun “Ələddin”, T.Ağayevin “Qoçaq Əhməd” tamaşalarını təqdim edəcək.