Xəbərlər

Bakı Uşaq Teatrı yeni mövsümü “Əşxas” tamaşası ilə açacaq

09.09.2013. Bakı Uşaq Teatrı yeni mövsümü Abdulla Şaiqin əsəri əsasında eksperimental üslubda hazırlanmış “Əşxas” tamaşası ilə açacaq. Tamaşa sentyabrın 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında nümayiş olunacaq.  İnsanlıq obrazını təcəssüm etdirən Ana “xəstə” övladı İdealın məhv olmasına dözə bilmir, fəryad edir. İdealı əhatə edən Zülm, Şeytan, Fəlakət və Vicdan, Ədalət, Mərhəmət və Səadət arasında kəskin mübarizə gedir. Rəqslər üzərində qurulan tamaşada simfonik musiqidən və canlı muğamdan istifadə edilib. Tamaşanın rejissorları İntiqam Soltan və Hacıbaba Məmmədov, musiqi tərtibatçısı Rauf Hüseynli, rəssamları Sevda Məmmədova və Vüsal Rəhimdir.