Xəbərlər

Bakıda ilk uşaq gözəllik salonu açılacaq

06.09.2013. Sentyabrın 7-də bakılı uşaqlar və onların valideynləri üçün çox sevindirici bir hadisə baş verəcək - təkcə Azərbaycanda deyil, eyni zamanda Cənubi Qafqazda ilk ixtisaslaşmış və unikal uşaq gözəllik salonu “Barbarisso” qapılarını onların üzünə açacaqdır.

“Barbarisso” bütün növ xidmətlər göstərən uşaq gözəllik salonuna, kafeyə malik bir məkandır. O, eyni zamanda bayram və karnaval kostyumlarının geniş çeşidlərini təqdim edəcək, uşaqlar burada Playstation oynaya biləcəklər.

Təsisçilər hər şeyi - rahatlığı, keyfiyyəti və azyaşlılar üçün sehrli ab-havanı nəzərə alıblar. Dizayndan tutmuş aksesuarlara qədər ən xırda detallar xüsusi zövqlə hazırlanıb. Premium-klassda hökm sürən əsrarəngiz ab-hava təkcə uşaqları deyil, eyni zamanda valideynləri də əyləndirəcək.

Burada balacalar özlərini nağıl və ya sevimli cizgi filminin qəhrəmanı kimi hiss edəcəklər. Bunun üçün salonda balacalara dəbdəbəli və gözəl milli və karnaval kostyumları təqdim edilir. Kostyumları müxtəlif aksesuarlarla. məsələn mələk qanadları, muncuqlar və tacla bəzəmək olar.

Ancaq balacaları ən çox heyran edən, əlbəttə, buradakı gözəllik salonu olacaq. Neftçilər prospekti 145 ünvanında yerləşən salonun qapıları həftənin 7 günü, saat 10-dan 19-dək kimi sizin üzünüzə açıqdır.