Xəbərlər

Balaca pianoçumuz “Rimini stars 2013” Beynəlxalq musiqi festivalında birinci yeri tutub

İtaliyanın Rimini şəhərində “Rimini stars 2013” Beynəlxalq musiqi festivalı keçirilib.
Festivalda Azərbaycanı Tofiq Quliyev adına musiqi məktəbinin piano üzrə üçüncü sinif şagirdi Ayan Məmmədli təmsil edib.
O, müsabiqədə “İnstrumental yaradıcılıq” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Qeyd edək ki, Ayan Məmmədli bu ilin martında Estoniyanın Narva şəhərində keçirilmiş musiqi festivalının da qalibi olmuşdu.