Xəbərlər

“Təhsil” Respublika İdman Mərkəzinin yetirməsi şahmat üzrə ölkə çempionu olub

Bakı, 2 mart, AZƏRTAC 
 
 
Qadınlar arasında şahmat üzrə Azərbaycan  çempionatı keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Xanım Balacayeva 6,5 xal toplayaraq çempionatın qalibi olub.
 
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionatda X.Balacayeva, eyni zamanda, “Beynəlxalq usta” normasını yerinə yetirib və ilk qrossmeyster balını toplayıb.
 
X.Balacayeva dəfələrlə respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı olub.