
Bakı, 2 mart, AZƏRTAC
Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Xanım Balacayeva 6,5 xal toplayaraq çempionatın qalibi olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionatda X.Balacayeva, eyni zamanda, “Beynəlxalq usta” normasını yerinə yetirib və ilk qrossmeyster balını toplayıb.
X.Balacayeva dəfələrlə respublika və beynəlxalq yarışların qalibi və mükafatçısı olub.
02.03.2018