Xəbərlər

Gənc vokalçımız tanınmış italyan müğənnisi Alessandro Safina ilə bir səhnəni bölüşüb

Ukraynada “Detskaya novaya volna” müsabiqəsi keçirilib. Tofiq Quliyev adına musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov müsabiqədə qonaq kimi iştirak edib.
Yasin Həsənov 2012-ci ildə Azərbaycanı bu müsabiqədə layiqincə təmsil edərək laureat adını qazanıb. Bu dəfə isə səhnədə Yasin iştirakçı kimi yox, balaca ulduz kimi çıxış edib. 
Gənc vokalçı müsabiqədə tanınmış italyan müğənnisi Alessandro Safina ilə bir səhnəni bölüşüb. Onlar “Luna tu” mahnısını oxuyublar.
Alessandro Safina Yasin Həsənovun səsini çox bəyənib, hətta onunla konsert vermək istədiyini bildirib. O, həmçinin Azərbaycanın, gözəl Bakımızın vurğunu olduğunu söyləyib.