Azərbaycan Dövlət Kukla Teatrı mövsümü “O olmasın, bu olsun” tamaşası ilə açacaq
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümü sentyabrın 18-də “O olmasın, bu olsun” tamaşası ilə açacaq.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə, kukla ustası Tatyana Melnikovadır.
Tamaşanın premyerası 2010-cu il sentyabrın 19-da olub.