Bakıda da “Disneyland” olacaqdır
Bakının öz “Disneyland”i olacaqdır. Dünya şöhrətli park “Khazar İslands” şəhərciyində inşa ediləcəkdir.
“Disneyland” sehrli ölkə, ucsuz-bucaqsız əyləncə parkıdır. “Disneyland”ə getməyi təkcə uşaqlar deyil, böyüklər də arzulayırlar.
“Disneyland” Kaliforniya ştatının Anahaym şəhərində tematik parkdır. Uolt Disneyin ilk tematik parkı 1955-ci il iyulun 17-də açılıb. Əvvəlcə sadəcə “Disneyland” adlanırdı. Sonralar onu Disneyin Kaliforniya əyləncələri parkının və Disney şəhərciyinin daxil olduğu eyniadlı kurort kompleksindən fərqləndirmək üçün adına “park” sözü əlavə ediblər.
Belə bir park yaratmaq ideyası U.Disneydə 1930-1940-cı illərdə qızları ilə birlikdə əyləncə patkında gəzərkən yaranıb. O, parkı əvvəlcə Berbankda, “Disney” studiyasının yanında yaratmağı planlaşdırırdı. Lakin tezliklə başa düşdü ki, bunun üçün ona daha geniş ərazi lazımdır. U.Disney 1953-cü ildə Anahaym şəhəri yaxınlığında 65 hektarlıq ərazi aldı. 1955-ci il iyulun 17-də birinci “Disneyland” açıldı.
Bakıdakı “Disneyland” eyni vaxtda 200 mindən çox adama xidmət edəcək.