Respublika Uşaq Kitabxanası “Cırtdana məktub” mövzusunda əl yazısı müsabiqəsi keçirir
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 23 yanvar – Əl yazısı (hüsnxət) günü ilə bağlı azyaşlı oxucular arasında “Cırtdana məktub” mövzusunda əl yazısı müsabiqəsi keçirir. Uşaqlar öz xətti ilə yazdıqları məktubu kitabxananın daimi sakini Cırtdanın poçt qutusuna atmaqla müsabiqənin iştirakçısı ola bilər.