Xəbərlər

Dövlət Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək

Bakı, 30 dekabr, AZƏRTAC 
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, 2017-ci ilin yanvar ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın yanvar ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
22, 29 yanvar - Bəxtiyar Xanızadə. “Fəlakət və insan” (uşaq tamaşası).
 
Tamaşa saat 14:00-də başlayır.
 
“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək.  Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima hərəkətin dili ilə istənilən duyğu və ya mövzunun izah olunmasıdır. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.