Xəbərlər

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri

Bakı, 6 dekabr, AZƏRTAC
 
Dekabrın 28–də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə uşaqlar üçün “Küpəgirən qarının hiyləsi” nağıl-tamaşası və yanvarın 2-3-4 –də “Qar dənəcikləri” adlı uşaqlar üçün musiqili-əyləncəli Yeni il şənlikləri təqdim olunacaq.
 
Nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.  Saat 13:00 və 16:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.