Qız qalası - sirr və əfsanələrlə dolu abidə
Qız qalası Bakını qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı bulvarın yaxınlığında yerləşir. Hündürlüyü 28 metrdir, diamеtri birinci mərtəbədə 16,5 metrə, divarının qalınlığı 5 metrə çatır. Qala 8 mərtəbədən ibarətdir. Hər mərtəbə yоnma daşlarla tikilib və günbəz fоrmalı tavanla örtülüb.
Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərir, 2000-ci ildə UNESCO-nun Ümumdünya irs siyahısına salınıb. Qalanın yеganə girişi qərb tərəfdə, yer səthindən 2 metr hündürlükdə оlan tağlı qapıdır.
Adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan həqiqətə ən yaxın olanı Bakı xanının qızı ilə bağlı əfsanədir. Bu əfsanəyə görə, qalada saxlanılan qız bu əzaba dözməyib və qaladan atlanaraq intihar edib. Digər versiyaya görə isə qala əvvəllər “Göz qalası” adlandırılıb, zaman keçdikcə isə dəyişərək “Qız qalası” adlandırılıb. Qız qalasının müdafiə qurğusu, atəşpərəstlik məbədi, göz qülləsi, rəsədxana və bu kimi başqa məqsədlər üçün tikildiyi haqqında müxtəlif fikirlər irəli sürülür.
Qız qalasının ətrafında qazıntılar zamanı aşkar edilən və muzey ekspozisiyasında sərgilənən e.ə. II-I əsrlərə aid arxeoloji artefaktlar Bakı şəhərinin qədimliyindən xəbər verir.
Əsrlər boyu müxtəlif döyüşlərdə zədələnən Qız qalası tədricən bərpa edilərək orta əsrlərdə İçərişəhər Qala divarı ilə bərabər şəhərin müdafiəsinə хidmət edib. Qız qalasının maraqlı cəhətlərindən biri də onun içərisində qayadan оvulub düzəldilmiş su quyusudur. Diamеtri 0,7 metr оlan bu quyu qalanın cənub-şərq divarının içindədir.
Qız qalasının muzey ekspozisiyasında qalanın tarixi, onun müdafiə funksiyası və əfsanələri haqqında məlumatlar, həmçinin artefaktlar təqdim olunur.
03.04.2026