Hava şəraiti ilə əlaqədar Praqa zooparkında “Afrika qayaları” volyerinin zədələnməsi nəticəsində buranı tərk etmiş 18 meşə ibisi artıq “evə” qayıdıb. Zooparkın əməkdaşları növü yoxa çıxmaq təhlükəsi altında olan bu quşları Praqanın bir çox rayonlarında və paytaxtdan kənarda sakinlərin köməyilə tapıblar.
Adamlar sosial şəbəkələrdə son məlumatları yayırdılar. Volyeri tərk etmiş quşlardan doqquzuncusu cümə günü Jijkovda binanın 11-ci mərtəbəsində, onuncusu isə həmin gün elə zooparkın ərazisində tapılıb. Quştutanlar (onların bəziləri meşələrə gedib çıxıblar) arasında polislər, poçt əməkdaşları, zooparkın direktor müavini, habelə leyləkkimilər dəstəsinin nümayəndəsinin üzərinə köynək atmış cütlük fərqlənib.
Quşlardan biri doğma volyerə onu görən məktəbli oğlanın sayəsində qayıda bilib. Oğlan dərhal polisə gedib və tapdığı quş haqqında məlumat verib. Uşaqlar qanadlı səyahətçilərin bir hissəsini artıq zooparkın cənub girəcəyində görə bilərlər.
07.03.2016